Bakı. 10 yanvar. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə dünən gecə boyu davam edən güclü külək ağacları kökündən çıxarıb, elektrik xətlərini və avtomobilləri zədələyib.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Gürcüstan paytaxtının bir neçə rayonunda elektrik enerjisi təchizatı məhdudlaşdırılıb.
Bundan əlavə, güclü küləyə görə təyyarə uçuşlarını təxirə salmaq zərurəti yaranıb. O cümlədən Tbilisidən Almaniya və Türkiyə istiqamətində iki reys həyata keçirilməyib. Sərnişinlər hava limanında gözləmək məcburiyyətində qalıblar.
Tbilisi Beynəlxalq Hava Limanında küləyin sürəti saniyədə 31 metrə çatıb.