Tbilisi meri müxalifətə xəbərdarlıq edib: Bütün qanunsuz hərəkətlərə sərt reaksiya veriləcək

Müxalifətin "hökumət yerli seçkilərdə çoxlu sürprizlər gözləməlidir" kimi bəyanatları ölkədə sabitliyi pozmaq və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdür.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisi meri Kaxa Kaladze Milli Hərəkatın üzvü Sopo Caparidzenin bəyanatına cavab verərkən deyib.

O qeyd edib ki, dövlət çevrilişi ilə bağlı səslənən çağırışlar, eləcə də müxtəlif yalan məlumatların fakt kimi təqdim olunması ölkəyə nihilizmin yeridilməsinə və cəmiyyətdə sualların yaranmasına yönəlib:

"Bütün qanunsuz hərəkətlərə müvafiq qurumlar tərəfindən sərt reaksiya veriləcək"

Paytaxt meri əlavə edib ki, hökumət qarşıdan gələn seçkilərdə qalib gələcəyinə əmindir:

"Oktyabrın 4-də keçiriləcək seçkilər kifayət qədər vacibdir və mən əminəm ki, gürcü xalqının dəstəyi ilə biz bütün bələdiyyələrdə qələbə qazanacağıq.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49