Tatarıstanın iqtisadiyyat naziri Dağıstanın baş naziri vəzifəsinə namizəd olub

Bakı. 6 fevral. REPORT.AZ/ Dağıstan başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Tatarıstanın iqtisadiyyat naziri Artyom Zdunovun namizədliyini respublikanın Milli Məclisinə təqdim edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Vladimir Vasilyev Dağıstanın hökumət sədri vəzifəsinə Artyom Zdunovun namizədliyini irəli sürüb. Onun namizədliyinə sabah Dağıstan parlamentinin deputatları tərəfindən Milli Məclisin sessiyasında baxılacaq", - Dağıstan parlamentinin nümayəndəsi bildirib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49