Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şəraa Rusiyaya gedib.
"Report" xəbər verir ki, bu barədə TASS-a Suriyadakı diplomatik mənbə bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib ki, ölkənin Suriyadakı hərbi bazaların taleyi Putinlə Əhməd əş-Şəraanın görüşündə müzakirə olunacaq.
"Aydındır ki, prezidentlə söhbət zamanı mövzuya bu və ya digər şəkildə toxunulacaq. Bəli, bunu gözləmək olar", - o deyib.