Suriyadan Türkiyəyə keçməyə çalışan terrorçu PKK/PYD-YPG üzvləri tutulub

Suriyadan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan PKK/PYD-YPG terrorçu qruplaşmasının iki üzvü tutulub.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Nazirliyin yaydığı açıqlamada bildirilib:

“Sərhədlərimizin təhlükəsizliyi üçün mübarizəmiz qətiyyətlə davam edir”.

Məlumata görə, Suriyadan qanunsuz yollarla Türkiyəyə keçməyə çalışan 2 nəfər saxlanılıb:

“İstintaq zamanı onların PKK/KCK-PYD/YPG terror təşkilatının üzvləri olduğu müəyyənləşib”.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49