Suriyada zirehli hərbi texnikanın aşması nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi yaralanıb.
“Report” DHA-ya istinadən xəbər verir ki, hadisə martın 30-u səhər saatlarında “Fırat” Qalxan Hərəkatı nəticəsində terrorçu qruplaşmalarından təmizlənən, Türkiyə-Suriya sərhədinə yaxın yerləşən Dabık bölgəsində baş verib.
Yaralı hərbçilər Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşdirilib. Onların səhhətinin yaxşı oldğu bildirilib.