Şoyqu: Cənubi Qafqazda "3+3" formatını bərpa etmək vacibdir

Cənubi Qafqazdakı vəziyyət yaxşılaşma tendensiyası nümayiş etdirir və bununla əlaqədar "3+3" formatında işi bərpa etmək vacibdir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib.

"Regional məşvərət qrupunun, "3+3" platformasının işini bərpa etmək vacibdir. Regionda nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyət kəsb edir, üçtərəfli işçi qrupu çərçivəsində bununla bağlı razılıq əldə olunmuşdu", - o deyib.

Digər xəbərlər

Gürcüstanda zəlzələ olub 18 dekabr, 2025 / 14:08