Şerzod Xocayev Özbəkistanın energetika naziri təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fərman imzalayıb.
Bununla əlaqədar olaraq, Ş.Xocayev Enerji Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin direktoru vəzifəsindən azad edilib.
Məlumata görə, o bu vəzifədə Jurabek Mirzamahmudovu əvəz edəcək.