İranın hərbi əməliyyatları Fars körfəzi bölgəsində ABŞ-ın hücum infrastrukturunun məhv edilməsinə yönəlib.
"Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general Hüseyn Möhibi bildirib.
"Düşmən (ABŞ - Qeyd) düşünməməlidir ki, hazırkı döyüş taktikasını bizə qəbul etdirə biləcək. Hazırda İran qüvvələrinin əməliyyatları bölgədə ABŞ-ın hücum infrastrukturuna zərbələr endirərək onu məhv etməyə yönəlib", – o əlavə edib.
Möhibinin sözlərinə görə, ABŞ İranla qarşıdurmanı tükəndirmə müharibəsinə çevirə bilməyəcək.