"Çiçəklənən Ermənistan Partiyası Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla əməkdaşlıq etməyəcək".
“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, bunu partiyanın lideri, parlamentdəki “Sarukyan” fraksiyasının rəhbəri, iş adamı, milyarder Qaqik Sarukyan mayın 29-da jurnalistlərə bildirib.
Sarukyan Koçaryanla görüşmədiyini və ona zəng etmədiyini vurğulayıb. Başçılıq etdiyi siyasi qüvvənin Robert Koçaryanla əlaqədar olduğu sualına cavabında iş adamı deyib: “Məni heç kim dəstəkləməyib. Mənim heç kimin qarşısında öhdəliyim yoxdur. Kiminlə lazımdırsa, onunla görüşürəm”.
Qeyd edək ki, Sarukyanın partiyası Koçaryanın prezidentliyi dövründə - 2004-cü ildə təsis olunub. Hazırda ölkə parlamentində 26 deputatla təmsil olunurlar. Ermənistan parlamentinin 132 üzvü var. Çiçəklənən Ermənistan Partiyası hazırda baş nazir Nikol Paşinyana müxalifdir.