Şanlıurfada binada partlayış olub, 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa şəhərində qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Şanlıurfa valisi Salih Ayhan gəlib.

Onun sözlərinə görə, binada daha bir nəfərin olduğu ehtimal edilir.

Digər xəbərlər