Sabah Putinlə Lukaşenko arasında görüş olacaq

Aprelin 22-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüş olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Dövlət başçıları iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda görüşdə Rusiya-Belarus İttifaqı dövlətinə dair məsələlərin nəzərdən keçiriləcəyi gözlənilir.

Digər xəbərlər

Zelenski Kiprdə səfərdədir 07 yanvar, 2026 / 12:15