Saakaşvili Ukrayna Baş Prokurorluğunda dindiriləcək

Bakı. 12 dekabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili dindirilmə prosesində iştirak etmək üçün Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib.

“Report” xəbər verir ki, sorğu-sual dekabrın 18-nə təyin olunub.

"Mən qanuna riayət edəcəyəm, lakin bu prokurorluğa heç bir halda hörmət etməyəcəyəm", — deyə Saakaşvili ZIK telekanalının efirində bildirib.

Bundan əvvəl Baş Prokurorluq Saakaşvilini şübhəli şəxs qismində dindirilməyə çağırıb.

Digər xəbərlər

Türkiyədə zəlzələ olub 13 aprel, 2026 / 09:59