Rusiyada hərbi kompleks müəssisəsində yanğın qurbanlarının sayı artıb

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.

"Dağıntıların təhlili zamanı daha beş nəfərin meyiti tapılıb. Yanğın qurbanlarının ümumi sayı 22 nəfərdir. Daha bir nəfərin axtarışları aparılır", - Xidmətdən bildirilib.

Qeyd edək ki, aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş verib.

Digər xəbərlər