Rusiya Federasiyasının xarici dövlət borcunun həcmi 2026-cı il iyulun 1-nə olan vəziyyətə görə 55,494 milyard dollara çatıb. Bu göstərici bir ay ərzində 1,12% artım nümayiş etdirib.
"Report" xəbər verir ki, bu rəqəmləri Rusiya Maliyyə Nazirliyi yayıb.
Məlumata əsasən, cari ilin iyunun 1-də Rusiyanın xarici dövlət borcunun göstəricisi 54,876 milyard dollar təşkil edib.
Martın sonunda Rusiya Hesablama Palatası bildirib ki, 2025-ci ilin yekunlarına görə dövlət borcu 21% artaraq 431,8 milyard dollar təşkil edib. Bununla yanaşı, daxili borc 29,1% artaraq 377,6 milyard dollara yüksəlib, xarici borc isə 15,4% azalaraq 55,3 milyard dollara düşüb.