Bakı. 27 oktyabr. REPORT.AZ/ "Rusiyanın qərb sərhədində - Baltikyanı ölkələrdə və Polşada NATO-nun hərbi birləşmələrinin yerləşdirilməsi və çoxsaylı təlimlərin keçirilməsi fonunda hərbi-siyasi vəziyyət gərginləşir".
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O qeyd edib ki, Polşa və Baltikyanı ölkələrdə ümumi sayı 5 minə qədər hərbçisi olan NATO-nun dörd çoxmillətli batalyon taktiki qrupları yerləşdirilib. Polşa və Almaniyada ABŞ Quru Qoşunlarının zirehli tank briqadası və ordu aviasiya briqadası dislokasiya olunub.