Bakı. 13 aprel. REPORT.AZ/ Baltik dənizi üzərində Rusiyanın “Ka-29” hərbi helikopteri itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
Helikopterin göyərtəsində iki ekipaj üzvü olub. Helikopterlə rabitə əlaqəsi kəsilib.
Hazırda axtarış-əməliyyat tədbirləri keçirilir.
Hadisənin səbəbi araşdırılır.
***
Baltik dənizi üzərində itkin düşən Rusiya helikopterinin qəzaya uğradığı məlum olub. Bildirilib ki, helikopterdə iki nəfər varmış. Onlar sınaq uçuşları keçirirmişlər.
Qəza nəticəsində onların hər ikisi ölüb.