Rusiyanın Ermənistandakı hərbi bazasında döyüş hazırlığının yoxlanılmasına başlanılıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Rusiyanın Ermənistandakı Cənub Hərbi Dairəsi (CHD) bazasının hərbçiləri döyüş hazırlığının yoxlanılması üçün təlim həyəcan siqnalı ilə ayağa qaldırılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə CHD-nin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib.

Bildirilib ki, Rusiya hərbi bazasının bütün birləşmələrinin və hərbi hissələrinin döyüş hazırlığı yoxlanılır.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49