Rusiyanın Ermənistana satacağı təbii qazın qiyməti müəyyənləşib

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiyanın gələn il Ermənistana satacağı təbii qazın qiyməti müəyyənləşib. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevan min kubmetr qazı 150 dollara alacaq. 

Bu razılaşma 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək qüvvədə olacaq. Ermənistan hökuməti Rusiyadan təbii qaz alınması ilə bağlı müqaviləni noyabrın 30-da keçiriləcək iclasında müzakirə edəcək. 

Qeyd edək ki, Rusiya qazının Ermənistana nəqli haqqında Ermənistan-Rusiya protokolu 2013-cü il dekabrın 2-də imzalanıb. Həmin müqavilədə Moskvanın qazın min kub mertini 165 dollara satması nəzərdə tutulurdu. 2016-cı ilin aprelində isə iki ölkə hökuməti sənədi yenidən müzakirə edib və qazın qiyməti 150 dollara endirilib. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49