Rusiyanın 3 vilayətində daşqınlarla əlaqədar fövqəladə rejim tətbiq edilib

Bakı. 16 may. REPORT.AZ/ Rusiyanın Tümen, Omsk və Kirov vilayətlərində yaz daşqınları ilə bağlı fövqəladə rejim tətbiq edilib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov Fövqəladə hallar üzrə Hökumət Komissiyasının Tümendə keçirilən iclasında bildirib.

Məlumata görə, havaların istiləşəməsi ilə əlaqədar İşim və Karasul çayları daşıb. Tümen vilayətinin İşim şəhərindəki xüsusi evləri su basıb. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40