Rusiyalı jurnalist Arkadi Babçenko axtarışa verilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Onun barəsində hansı maddə ilə cinayət işi açıldığı açıqlanmayıb.
Amma jurnalist ekstremistlər siyahısına əlavə edilib.
Xatırladaq ki, 1977-ci il təvəllüdlü A.Babçenko “Moskovski Komsomoltsk” və “Novaya qazeta” nəşrlərində hərbi müxbir kimi çalışıb. O, 2017-ci ildən Ukraynaya köçüb.
2018-ci ildə jurnalistin Kiyevdə öldürülməsi barədə məlumatlar yayılsa da, sonradan bunun jurnalistə ehtimal edilən sui-qəsdin qarşısını almaq üçün yayıldığı məlum olub.
A.Babçenko sui-qəsdin hazırlanmasında Rusiya xüsusi xidmət orqanlarını ittiham edib.
2019-cu ilin noyabrında A.Babçenko Ukraynanı tərk edib.