Rusiyada yanğın olub, ölənlər və xəsarət alanlar var

Rusiyada bir neçə nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi olub.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə İrkutsk vilayətinin Ziminsk rayonunda qeydə alınıb.

Rayonun meri Natalya Nikitina bildirib ki, yanğın zamanı 4 uşaq və onların atası ölüb. O, qeyd edib ki, hadisə zamanı həmçinin daha 2 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbi araşdırılır. 

Digər xəbərlər