Rusiyada ticarət mərkəzində yanğın olub

Rusiyanın Kemerovo şəhərində "Laplandiya" ticarət mərkəzində yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kemerovo vilayətinin qubernatoru İlya Seredyuka istinadən məlumat yayıb.

"Binanın üzlüyü yanır. Ticarət mərkəzinin əməkdaşları və ziyarətçiləri təxliyə olunur", - o bildirib.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Hazırda fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları hadisə yerindədirlər.

Digər xəbərlər

Qaziantepdə zəlzələ olub 25 yanvar, 2026 / 22:03
İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43