Rusiyada təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Bakı. 24 iyul. REPORT.AZ/ Rusiyada “Zlin326” markalı yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Moskvaətrafı Serpuxov rayonunda baş verib.

Təyyarənin göyərtəsində iki nəfər olub. Onlar hadisə nəticəsində ölüblər. 

Hüquq–mühafizə orqanları qəzanın səbəbini araşdırır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24