Rusiyanın Xabarovsk şəhərində təyyarə qəzasında ölənlərin sayı 4-ə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.
*** 09:20
Rusiyada göyərtəsində 3 nəfərin olduğu yüngül motorlu təyyarə qəzaya uğrayıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, hadisə ölkənin Xabarovsk şəhərinin yaxınlığında baş verib.
İlkin məlumata görə, təyyarədə olan şəxslərin hamısı ölüb.
Təyyarə təlim-məşq uçuşu keçirirmiş.