Rusiyada texniki nasazlıq COVID xəstələrinin ölümünə səbəb oldu

Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərindəki Nikolskaya xəstəxanasının Reanimasiya şöbəsində üç nəfər oksigen verilməsinin kəsilməsi səbəbindən ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, oksigenin verilməsinin dayandırılmasına texniki nasazlıq səbəb olub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, oksigen verilməsində kəsinti xəstəxananın COVID bölməsində baş verib. Mənbənin məlumatına görə, nasazlıq səbəbindən nə yanğın, nə partlayış olub. Hazırda faktla bağlı istintaq tədbirləri görülür.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24