Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Robinson” helikopterinin göyərtəsində olan 3 nəfər həlak olub.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Helikopterin qəzaya uğramasının səbəbləri arasında çətin hava şəraitində pilot xətası və bortda texniki nasazlıq hesab olunur. Qəzaya uğradıqdan sonra yanan helikopteri biatlonçu İqor Malinovski idarə edirmiş.
07:32
Rusiyanın Kamçatka diyarında radarlardan itən "Mi-8" helikopterinin axtarışına başlanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, göyərtəsində xilasedicilərin olduğu "Mi-8" vaxtında əlaqəyə çıxmadığı üçün kommersiya tipli “Robinson” helikopterin axtarışa qoşulub.
Helikopterin göyərtəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə idarəsinin Baş Qərargahının axtarış-xilasetmə qrupunun şəxsi heyəti var.
Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, mütəxəssislər fövqəladə xilasetmə işləri üçün bütün lazımi avadanlıqlara malikdirlər.
İlkin məlumatlara görə, kommersiya helikopteri şənbə günü Milkovo qəsəbəsindən qeyzerlər vadisi vasitəsilə Uzon vulkanının kalderası istiqamətində havaya qalxıb. Təyin olunmuş vaxtda göyərtəsində üç nəfərin olduğu helikopter əlaqə saxlamayıb. Məlumata görə, helikopterin sükanı arxasında biatlonçu İqor Malinovski olub.