Rusiya DİN-in korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi 22 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 27 aprel. REPORT.AZ/ Moskva şəhər Məhkəməsi Daxili İşlər Nazirliyinin İqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə baş idarəsinin keçmiş rəisi Denis Suqrobovu 22 il müddətinə azadlıqdan məhrum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, səlahiyyət həddinin aşmaqda və cinayətkar dəstələr yaratmaqda ittiham olunur.

Məlumata görə, keçmiş rəis cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkəcək. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24