Rusiyada son bir gündə daha 26 190 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 541 199 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 559 nəfər artaraq 44 718-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 007 792 nəfər sağalıb.