Rusiyada hərbi təyyarə qəzaya uğrayıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Rusiyada “Yak-130” hərbi təyyarəsi qəzaya uğrayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, hadisə Volqoqrad vilayətinin Novonikolayevsk rayonunda baş verib. 

Yerli Fövqəladə Hallar Xidmətinin məlumatına görə, qəzaya uğrayan təyyarə təlim-məşq uçuşu keçirirmiş. Təyarədəki iki pilot katapultasiya olub və xəsarət almayıblar. 

Qəza ilə bağlı əlavə məlumat verilməyib. 

Hadisənin səbəbi araşdırılır. 

Digər xəbərlər