Bakı. 7 iyun. REPORT.AZ/ Rusiyanın Leninqrad vilayətinin Kinqiseppsk rayonunda hərbi poliqonda partlayış baş verib, xəsarət alanlar var.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kinqiseppsk rayonunun Administrasiyasından bildiriblər.
"Partlayış Müdafiə Nazirliyinin poliqonunda baş verib, xəsarət alanlar var", - məlumatda deyilir.
Qeyd edək ki, bu poliqonda II Dünya müharibəsi dövründən qalmış sursatlar məhv edilir.