Rusiyada fabrikdə yanğın olub, 1 nəfər ölüb

Rusiyanın Kemerovo vilayətinin Berezovsk şəhərində daş-kömür emalı fabrikində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 39 nəfər təxliyə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, hazırda hadisənin səbəbi araşdırılır.

Məlumata görə, “Berezovsk” mərkəzi emal fabriki sənaye-metallurgiya holdinqinə daxildir. Müəssisə ildə 4 milyon ton daş kömür emal edir. Onun ən iri istehlakçısı Kemerovonun “Koks” zavodudur.

Digər xəbərlər

Qaziantepdə zəlzələ olub 25 yanvar, 2026 / 22:03
İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43