Rusiyanın Moskva vilayətinin Jurkovsk şəhərində evdə baş verən yanğın nəticəsində 3 uşaq, 2 qadın ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin Mətbuat xidməti məlumat yayıb.
Yanğın nəticəsində baş verən uçğunun altından 3-ü uşaq olmaqla 5 nəfərin meyiti aşkar edilib. Ölənlərin kimliyi dəqiqləşdirilir.
Yanğın səbəbi araşdırılır.