Rusiyanın Penza vilayətində yaşayış binasında 7 nəfər karbon monoksid zəhərlənməsindən həlak olub.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Faciə Zareçnaya kəndində baş verib.
İlkin məlumata görə, karbon monoksid səkkiz mənzilli evin dörd mənzilinə yayılıb.