Rusiyada son bir gündə daha 19 238 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 813 048 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 534 nəfər artaraq 72 185-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 255 462 nəfər sağalıb.