Rusiyada atışma olub, ölən və yaralananlar var

Rusiyanın İvanovo vilayətinin Koxma şəhərində atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralnıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı hüquq-mühafizə orqanları yayıb.

Məlumata görə, yaralıların vəziyyəti ağırdır. Bildirilib ki, hadisə ilə bağlı heç kim saxlanılmayıb.

Atışma barəsində rəsmi məlumat yayılmayıb. KİV-in bildirdiyinə görə atışma məişət zəminində olub.

Digər xəbərlər