Rusiyada 14 Çin vətəndaşı səhhətlərində yaranan problemlərlə bağlı həkimlərə müraciət ediblər

Rusiyada 14 Çin vətəndaşı səhhətlərində yaranan problemlərlə bağlı həkimlərə müraciət ediblər.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Tibb dairələrindəki mənbə agentliyə bildirib ki, Moskvanın mərkəzində "Four Seasons" mehmanxanasında Çinin on dörd vətəndaşı naxoşluğa həkimlərə şikayət ediblər. Onların bəzilərində yüksək temperatur var.

"Çinin 14 vətəndaşı mehmanxanaya təcili yardım çağırdılar, onlar naxoşluqla bağlı həkimlərə şikayət ediblər. Bəzilərində yüksək temperatur diaqnozu qoyulub", - mənbə agentliyə deyib. 

Mənbə əlavə edib ki, çinlilər Moskvaya turistlər kimi gəliblər.

Digər xəbərlər