Rusiya Türkiyə və Ermənistan arasında dialoqun bərpasının tərəfdarıdır

"Moskva Ankara ilə İrəvan arasında qarşılıqlı hörmət əsasında dialoqun bərpasının tərəfdarıdır" .

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 12-də keçirdiyi həftəlik brifinqdə deyib.

O bildirib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi hələ başa çatmayıb: "Münasibətlərin normallaşması regionda ümumi vəziyyətin yaxşılaşmasına töhfə verəcək və uzunmüddətli sabitliyin bərqərar olmasına kömək edəcək".

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49