Rusiya XİN: Moldova səfirinə qeyri-dost addımlarla bağlı etiraz edilib

Moldovanın Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kişineunun qeyri-dost addımları ilə bağlı ona etiraz edilib.

"Moldova prezident seçkiləri zamanı Rusiyadan olan beynəlxalq müşahidəçilərə qarşı ayrı-seçkilik edib", - XİN qeyd edib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24