Rusiya və İran turist vizalarının ləğvi barədə razılığa gəlib

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiya və İran turist vizalarını ləğv etməyi düşünür.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın energetika naziri və Rusiya-İran Hökumətlərarası Komissiyasının həmsədri Reza Ardakanian bildirib.

"Turizmə gəldikdə, vizaların ləğvi barədə razılığımız var, bu məsələyə dair imzalanmış sənədlər yalnız icraedici reqlamentə ehtiyac duyur. Qarşıdakı bir-iki ay ərzində bu reqlamenti hazırlamaq niyyətindəyik", - nazir deyib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24