Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyib

"Rusiya Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir".

“Report” Rusiya XİN-ə istinadən xəbər verir ki, bunu XİN başçısı Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Moskva "3+3” layihəsi üzrə işləri davam etdirmək istəyir: “Bu istiqamətdə işlər Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçla Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubenyanın Moskvadakı görüşündən sonra başlayıb. Biz inanırıq ki, ikitərəfli əlaqələrin inkişafı regional sabitliyə töhfə verəcək”.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49