Bakı.17 fevral. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsinin motoatıcı briqadası Şimali Osetiyada təlimlərə başlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, məlumatı hərbi dairənin mətbuat xidməti yayıb.
Təlimlərdə 700-dən çox hərbçi, 200-ə yaxın hərbi texnika iştirak edir.
Tədbir Şimal Osetiyadakı "Tarsk" ümumqoşun poliqonunda keçirilir. Təlimlər bir ay davam edəcək.