Rusiya prezidentliyinə namizəd Sobçak digər iddiaçı Jirinovskinin üzərinə su atıb - VİDEO

Bakı. 28 fevral. REPORT.AZ/ Rusiyada prezident seçkisi qabağı televiziya debatı zamanı namizədliyi “Vətəndaş təşəbbüsü” Partiyasından irəli sürülən Kseniya Sobçak Rusiya Liberal Demokrat Partiyasından dövlət başçılığına iddiaçı Vladimir Jirinovskinin üzərinə su atıb.

“Report” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, Jirinovski Kseniya Sobçakı təhqir edib.

Sobçak deyib ki, “Ev-2” özünü Jirinovskidən abırlı aparır.

“Küçədən bazar qadınını bura gətirmək lazım deyil. Bütün bunlar çırkabdır. “Ev-2” tamamilə iyrəncdir. Ona deyin ağzını yumsun”, - Jirinovski Sobçakı küçə söyüşləri ilə təhqir edib.

Digər xəbərlər