Rusiya ordusunda 2 775 nəfər koronavirusa yoluxdu

Mart ayından 30 aprelə qədər Rusiya Federasiyasının Silahlı Qüvvələrində və hərbi təhsil müəssisələrində 2 770-dən çox şəxsdə koronavirus aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin bülletenində yer alıb.

Qeyd olunub ki, koronavirusa yoluxanların 1 068-i hərbçidir. Orduda işləyən 285 mülki şəxsdə də COVID-19 testi müsbət nəticələnib.

Ümumilikdə 29 aprel tarixinə qədər Rusiya Federasiyasının ordu və hərbi təhsil müəssisələrində 2 775 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. 

Digər xəbərlər