Ukraynadakı müharibədə Rusiya ordusunun hərbçiləri həlak olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Müdafiə Nazirıliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov həlak olan rus əsgərlərinin sayını açıqlamayıb.
Bununla yanaşı, o, qeyd edib ki, müharibənin gedişatında yaralanan rus hərbçiləri də var. General-mayor Ukrayna tərəfinin də itki verdiyini bildirib.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıblar.