Rusiya MDB dövlətlərinə müraciət edib: "Qaçqın axınını qəbul etməyə hazırlaşın"

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski MDB ölkələrini xaricdən kütləvi qaçqın axınını birlikdə qəbul etməyə hazırlaşmağa çağırıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

"MDB ölkələrinin ehtimal edilən qaçqın axınını birlikdə qarşılamağa hazırlaşması lazımdır. Bu zaman MDB üzvləri Rusiyanın yeni tarixində əldə etdiyi təcrübədən (qaçqınların qəbulunu nəzərdə tutur - "Report") istifadə edilə bilər", - o, vurğulayıb. 

Digər xəbərlər