Rusiya hərbçiləri Mariupolu atəşə tutub, ölən və yaralananlar var

Rusiya hərbi qüvvələri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin mərkəzini atəşə tutub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi teleqramdakı hesabında məlumat yayıb.

Hadisə nəticəsində ilkin məlumatlara görə, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bununla yanaşı, bir neçə ev və 16 saylı məktəb dağılıb.

Eyni vaxtda Levoberejnı rayonunun yaşayış sahəsi, həmçinin Kommunalşçik kommunal müəssisəsinin ərazisi atəşə məruz qalıb.

İnsan tələfatının olduğu deyilsə də, ölənlərin sayı açıqlanmır.

Digər xəbərlər