Rusiya FTX: "İŞİD-in kimyəvi zavodda terror törətməsinin qarşısı alınıb"

Rusiyanın Kaluqa vilayətində İŞİD tərəfdarlarının kimyəvi zavodda terror aktı həyata keçirməsinin qarşısı alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Bildirilib ki, saxlanılan zamanı Mərkəzi Asiya respublikalarından olan 2 İŞİD üzvü öldürülüb: "Onlar terror aktından sonra Suriyaya qaçmağı planlaşdırıblar. İki nəfər silahlı müqavimət göstərdikdən sonra cavab atəşi ilə məhv edilib”.

Digər xəbərlər