Rusiya, Çin və Şimali Koreya arasında siyasi məsləhətləşmələr keçiriləcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Moskvada oktyabrın 8-də Rusiya ilə KXDR, ertəsi gün isə Rusiya, Çin və Şimali Koreya xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətləşmələr keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyindən bildirilib. 

Məsləhətləşmələrdə Koreya yarımadasının nüvə silahından təmizlənməsi, Cənubi və Şimali Koreya dövlətləri arasındakı münasibətlərin yaxşılaşdırılması ətrafında müzakirə aparılacaq.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50