Rusiya Aİ ölkələri ilə sərhəddə çağırış məntəqələri yaradır

Rusiya Avropa İttifaqı ölkələri ilə (Estoniya və Latviya) sərhəddə yerləşən Pskov vilayətində mobil çağırış məntəqələri yaradır.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu vilayətin qubernatoru Mixail Vedernikov deyib.

Onun sözlərinə görə, Aİ ilə sərhəddə böyük izdiham var: "Çağırış yaşında olan şəxslər, həmçinin müəyyən olunmuş normadan artıq valyutanı və qadağan olunmuş malları ölkədən çıxarmağa çalışan şəxslər sərhədi keçməyə çalışırlar".

Digər xəbərlər

İranda fabrik yanır 05 yanvar, 2026 / 17:53